Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

Fransada baş verən yol qəzasında 42 nəfər ölüb.

Sərnişin avtobusu ilə yük maşını ölkənin cənubundakı Bordo şəhəri ətrafında toqquşub və yolun kənarına aşaraq yanmağa başlayıb.

Rəsmilər həmçinin 5 nəfərin yüngül xəsarət aldığını deyirlər.

İçərisində 50 sərnişin olan avtobus Landes regionuna gedirmiş.

Yerli medianın məlumatına görə, sərnişinlərin hamısı yaşlı imiş.

Hazırda Afinada olan Fransa prezidenti Francois Hollande faciədən sarsıldığını və fövqəladə xidmətin hazırlığa gətirildiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG