Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

«Sudan zəhərlənmə olmur»


Su.
Su.

-

«Qaraçuxur qəsəbəsindəki Zaur Şərifov, 24 ünvanında içdikləri su ilə bağlı bir neçə nəfər mədə-bağırsaq pozuntuları ilə müalicə müəssisələrinə müraciət edib. Araşdırmaların ilkin nəticəsinə görə, içməli suda göstəricilərin normadan kənara çıxdığı məlum olub».

Bu haqda AzadlıqRadiosuna Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib:

«Bir necə nəfər arasında mədə-bağırsaq pozuntusu olub. Bu, zəhərlənmə deyil. Sudan zəhərlənmə olmur. Aparılan araşdırmalar üzə çıxarıb ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, «Azərsu» tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda ərazidə vəziyyət stabildir, qorxulu məsələ yoxdur».

Ziyəddin Kazımov deyir ki, hazırda Bakıdakı içməli su tam standarta cavab verir.

Bəs, Qaraçuxurdakı su hansı səbəbdən mədə-bağırsaq pozuntusu yaradıb? Ziyəddin Kazımov deyir ki, hazırda su nümunələrində göstəricilərin normadan kənara çıxmasının səbəbləri araşdırılır: «Araşdırmanın nəticələri haqında məlumat veriləcək».

Oktyabrın 22-də Qaraçuxur qəsəbəsindəki Zaur Şərifov, 24 ünvanında yaşayan bir qrup sakin xəstəxanaya müraciət edib. Onlar sudan zəhərləndiklərini deyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG