Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13

-

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqındakı bu fikirləri modern.az saytına keçmiş maliyyə naziri Əvəz Ələkbərov deyib:

«Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı. Camaatı bir-birinə vurdu. Öz maraqları çərçivəsində kimisə qabağa çəkdi, kiməsə zərbə vurdu, kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli idi. Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi. Çox hadisə olub. Hamısını deyə bilmərik axı. Sözü də deyəndə söz naminə yox, əsaslı demək lazımdır. Yeri gəlmişkən, Çingiz Abdullayevin yeni dedektiv romanlar yazması üçün mövzular var».

Vergilər Nazirliyi.

Vergilər Nazirliyi.

KÖŞKLƏRDƏ VERGİ AXTARAN HÖKUMƏTİN MENYUSUNA…

«Azadlıq» qəzeti yazır ki, böhranlı vəziyyətdə hakimiyyət daha çox pul qazanan ünvanları yox, xırda «pul yeşikləri»ni axtarmağa başlayıb:

«Ölkədə xeyli müğənni var ki, ildə 300-400 min manat pul qazandığını bildirir. Bahalı maşınlara, dəbdəbəli villalara sahibdirlər. Niyə bugünə qədər hansısa müğənninin vergi məsuliyyətinə cəlb edilməsi haqqında xəbər yoxdur. Ola bilər ki, müğənnilər vergi ödəyir. Amma bu, simvolik xarakter daşıyır. İnandırıcı deyil ki, 400 min gəliri olan müğənni buna adekvat vergi ödəyir. Potensial vergi ödəyicilərindən biri də şadlıq saraylarıdır. Heç kimə sirr deyil ki, şadlıq saraylarının əksəriyyəti iri məmurlara məxsusdur. Şadlıq saraylarını iri məmurlar himayə etdiyinə görə yüksək vergi cərimələrindən azad edilir. Müğənnilərin lazımi qədər vergi ödəməməsinin səbəbi də eynidir. Həm ölkə başçısına yarınmaq, birinci şəxsə mahnılar həsr etmək, həm də məmurların himayəsində olmaq imkanlı sənət adamlarını sığortalayır».

Avropa Oyunlarının açılış mərasimi.

Avropa Oyunlarının açılış mərasimi.

İSLAM OYUNLARI AZƏRBAYCANIN NÖVBƏTİ TƏNTƏNƏSİNƏ ÇEVRİLƏCƏK

«Xalq» qəzeti yazır ki, 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları Avropa Oyunlarından da möhtəşəm olacaq:

«Müstəqil siyasət aparan, heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmayan, həyatın istinasız olaraq bütün sahələrində əsl tərəqqi yolu ilə irəliləyib sürətli inkişafı ilə dünyanı heyrətə gətirən Azərbaycan növbəti uğuru, tarixi nailiyyəti ilə dostlarının alqışlarını qazanacaq. Qələbələrimizi gözü götürməyən bədxahlarımızı isə növbəti dəfə susmağa, bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasından əl çəkməyə məcbur edəcək.

Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. «Bakı-2015» birinci Avropa Oyunları günlərində idman təşkilatlarımızın həyata keçirdikləri işlərə, möhtəşəm idman bazalarımıza... heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri... gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG