Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

-

Rusiya İran üçün 5 milyard dollarlıq kredit xətti açır. Məqsəd ölkədə birgə infrastruktur layihələrini maliyyələşdirməkdir.

“Ümid edirik 5 milyard dollarlıq kredit xətti aça biləcəyik,” Rusiyanın enerji naziri Alexander Novak oktyabrın 22-də Tehrana səfəri zamanı deyib. İranın ISNA agentliyinin məlumatına görə, Novak İranın telekommunikasiya naziri Mahmoud Vaezi ilə görüşüb.

İranın Daşınmalar üzrə naziri Abbas Akhoundi Novak-la görüşdən sonra deyib ki, “rusiyalılar İranda infrastruktur layihələri üçün kredit ayıracaq”.

Novak-ı səfərdə “İrana investisiya qoymağa hazır olan” 50 Rusiya şirkətinin təmsilçiləri müşayiət edib.

Hazırda iki ölkənin ticarəti “1 milyard dollardan artıqdır,” Novak deyib və əlavə edib ki, bu, yetərli deyil, 10 milyard dollara qalxmalıdır. “İran Rusiyanın ən vacib iqtisadi və ticarət tərəfdaşıdır,” Novak bildirib.

Tərəflər neft, qaz, elektrik, nəqliyyat və telekommunikasiya, eləcə də müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG