Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57

-

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə “Monako”ya 0:1 hesabı ilə uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının bəzi səhvlərə yol verdiyini bildirib.

Baş məşqçi deyib ki, “Qarabağ” müdafiədə yaxşı oynayıb. Ancaq diqqətsiz olmaları məğlubiyyətlə nəticələnib: “Yaxşı müdafiə olunduq. Amma ani diqqətsizliklər məğlubiyyətə səbəb oldu. Bir epizodda səhv qapımızda qol görməyimizlə nəticələndi. Rəqibin heyətində ulduz futbolçular var. Belə komandaya qarşı çıxış etmək çətindir. Əlimizdən gələni etdik. “Monako” son oyunlarda çox yaxşı çıxış edir. Futbol hər zaman sürprizlərlə doludur. Amma bu gün olmadı. Evdə bu komandanı məğlub etməyə çalışacağıq. Bizim qrupda seçilmiş komandalar var. Sona kimi oynayacağıq. Növbəti mərhələdə şanslarımız qalır. Biz düzgün olanı etmək istəyirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG