Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

-

Oktyabrın 23-də nəqliyyat naziri Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul edəcək. Görüşdə Neftçala, Salyan və Biləsuvar rayonlarının sakinləri iştirak edəcək.

Xəbəri Nəqliyyat Nazirliyi yayıb.

Məlumatda deyilir ki, görüş vətəndaşların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə keçirilir.

Bundan əvvəl Ziya Məmmədovun sentyabrın 18-də Zərdabda keçirilməli olan görüşü baş tutmamışdı. Yenə Nəqliyyat Nazirliyinin məlumatına görə, həmin qəbulun vaxtı dəyişdirilmişdi.

Bir müddətdir yerli media Ziya Məmmədovun nazir postu ilə vidalaşacağından yazırdı. Ancaq onun vəzifəsindən çıxarılacağı gözlənilsə də, milli təhlükəsizlik naziri Eldar Mahmudov postundan uzaqlaşdırıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG