Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Zeid Ra'ad al-Hussein Çexiyanı qaçqınları alçaldıcı şəraitdə saxlamaqda və qaçqınları təmin eləmək üçün onların özündən pul yığmaqda ittiham edib.

Onun oktyabrın 22-də yaydığı bəyanatda bildirilir ki, əldə olan əsaslı dəlillər Çexiyada qaçqınların hüquqlarının davamlı şəkildə pozulduğunu göstərir.

Bəyanatda deyilir ki, xüsusilə Praqa ətrafındakıBelaya-Jezova qdüşərkəsinin adı çəkilir ki, hətta Çexiyanın ədliyyə naziri Robert Pelikan buranın həbsxanadan pis olduğunu bildirib.

Al Hussein həmçinin prezident Milosh Zemanın islamafob bəyanatı da daxil olmaqla Çexiyada ksenofobiyanın açıq şəkildə nümayiş etdirilməsindən dərin narahatlıq bildirib.

Amma Zemanın ofisi bu tənqidi rədd edib:”Prezident hələ çoxdan islam fundamentalizmi təhlükəsi barədə xəbərdarlıq edib.O yenə də öz fikrində qalır və onu xaricdən olan təzyiqlərə görə dəyişməyəcək”.

Qeyd edək ki, Çexiya qaçqınların qəbulu ilə bağlı Avropa Birliyinin üzv ölkələrə qarşı təyin etdiyi məcburi kvotaya qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG