Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 3 uşaq övladlığa götürülüb.

Bu barədə APA agentliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədova istinadla xəbər verir.

Onun sözlərinə görə, uşaqlar ABŞ, Türkiyə və Rusiya vətəndaşlarına övladlığa verilib.

Seymur Məmmədov onların 1-3 yaş arasında olduqlarını deyir.

2007-2014-cü illərdə əcnəbi vətəndaşlara ümumilikdə 43 uşaq övladlığa verilib.

Siyahıda daha çox əslən azərbaycanlı olan Rusiya, həmçinin ABŞ vətəndaşları çoxluq təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG