Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Alma-atı məhkəməsi oktyabrın 22-də Qazaıstandakı müstəqil jurnallardan birinin bağlanması barədə qərar qəbul edib.

Məhkəmə “Adam” jurnalı və onun Facebook səhifəsini dil haqqında qanunu pozma ittihamı ilə bağlayıb.

Bu jurnal ölkədə hakimiyyəti tənqid edən KİV-lərdən biridir.

Jurnalın fəaliyyəti yalnız rus dilində çıxdığına görə hələ bu ilin avqustunda başqa məhkəmə tərəfindən dayandırılmış, redaktorları isə cərimə edilmişdi.

Qazaxıstanda dil haqqında qanuna görə KİV-lərdə gedən materialların azı yarısı dövlət-qazax dilində olmalıdır.

Yurnal 2014-cü ildə müharibəni təbliğ eləmə ittihamı ilə bağlandıqdan sonra bu ilin martında “Adam Bol” ( Adam ol) adı altında yenidən çıxmağa başlayıb.

Jurnal son məhkəmə qərarından 1 həftə əvvəl Ukraynada mühacirətdə yaşayan müxalifət fəalı Aydos Sadıqovdan müsahibə götürübmüş.

O müsahibəsində Rusiyanı Ukrayna münaqişəsində iştiraka görə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG