Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

Avtovağzalın qarşısındakı çatlar genişlənib


-

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında bərkitmə işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, 25-30 metr hündürlüyündəki istinad divarında bərkitmə işləri yuxarı və orta hissədən aparılır: «Mən təklif etmişdim ki, həmin istinad divarı sökülsün. Bu mənim subyektiv fikrimdir. İstinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək. Həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır».

Baş geoloq əlavə edib ki, Bakı-Sumqayıt yolunun əsas hissəsində qeydə alınan çatlar xeyli genişlənib.

Ə.Piriyev qeyd edib ki, yağışlar intensiv xarakter alacağı təqdirdə sürüşmə-çökmə prosesi daha da aktivləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG