Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:28

M.Əliyeva sülh mükafatına namizəddir


Mehriban Əliyeva.
Mehriban Əliyeva.

-

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İsveç Sülh Agentliyinin mükafatına iki namizəddən biri seçilib.

Agentlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, digər namizəd amerikalı yazar və fəal Alice Walker-dir.

Məlumatda qeyd olunur ki, M.Əliyevanın İslam dünyası, Yaxın Şərq və Qafqazda qadın haqları məsələsinə diqqətlə yanaşması, müasir Azərbaycan qadın hərəkatının lideri kimi qadınların həyat şəraitinin tərəqqisi naminə fəaliyyəti onun bu mükafata namizəd göstərilməsində əsas rol oynayıb .

Qalibin adı bu ilin noyabrında İsveçin paytaxtı Stokholmda açıqlanacaq.

İsveç Sülh Agentliyi 2010-cu ildə İsveç-Azərbaycan Federasiyanın sədri Reza Aghapoor tərəfindən təsis edilib.

XS
SM
MD
LG