Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

-

Azərbaycan milli komandasının və Bakının «İnter» klubunun futbolçusu Rauf Əliyev əməliyyat olunub.

report.az-ın məlumatına görə, əməliyyat AFFA-nın vəsaiti hesabına Almaniyanın Plattlinq şəhərində baş tutub.

Tibbi müdaxilə uğurlu alınıb.

Rauf Əliyev Azərbaycan Premyer Liqasının IV turunda «Qəbələ» ilə oyunun 76-cı dəqiqəsində zədələnərək əvəzlənib. İlkin müayinə nəticəsində 26 yaşlı hücumçunun xaçabənzər bağlarında qırıq aşkarlanıb.

Millinin düşərgəsində zədələnməsə də, təcrübəli forvardın müalicəsini AFFA öz hesabına həyata keçirməyi qərara alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG