Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:30

Pakistandan Ağ Evə nüvə etirazı


Barack Obama (solda) və Nawaz Sharif, arxiv fotosu

Barack Obama (solda) və Nawaz Sharif, arxiv fotosu

-

Pakistanın kiçik taktiki nüvə silahlarından istifadəyə hər hansı limit qoyulmasına güclü etiraz edəcəyi gözlənir. Oktyabrın 22-də Pakistanın baş naziri Nawaz Sharif ABŞ prezidenti Barack Obamayla görüşəcək.

Pakistan kiçik silahlarının rəqibi və qonşusu Hindistanın mümkün hücumlarını əngəllədiyini deyir. Hindistanın da nüvə silahlı var. Birləşmiş Ştatlar isə narahatdır ki, taktiki silahlar onsuz da təlatümlü regionda daha da sabitsizlik yaradır. Belə ki, kiçik silahlar onların müharibədə istifadəsini asanlaşdırır, yaraqlılar bu silahları asanlıqla əldə edir.

Birləşmiş Ştatlar təkid edir ki, Pakistan nüvə silahı hazırlamasın və istifadə etməsin. Pakistan bu tələbləri məntiqsiz sayır.

Sharif və Obama Ağ Evdə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG