Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

-

Oktyabrın 22-də “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Monako” ilə qarşılaşacaq. Ağdamlılar qrupdakı ikinciliyi qorumaq üçün qarşılaşmadan xalla ayrılmalıdır.

Oyun Bakı vaxtıyla saat 22-də başlayacaq.

Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib ki, onları “çətin oyun gözlədiyinin fərqindədir”. “Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir”, - söyləyib baş məşqçi.


Bununla belə, o, son tura kimi qrupda ilk iki yer uğrunda mübarizənin gedəcəyini deyib.

Oktyabrın 22-də Azərbaycanın başqa komandası “Qəbələ” isə “Borussiya” ilə qarşılaşacaq. Oyun Bakı vaxtilə saat 20-də başlayacaq, “Bakcell Arena” stadionunda keçiriləcək.

Roman Qriqorçukun yetirmələri də bu qarşılaşmadan mütləq xalla ayrılmalıdılar.

XS
SM
MD
LG