Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28

FİFA-nın Etika Komitəsi Almaniya futbolunun canlı əfsanəsi Franz Beckenbauer və UEFA-nın müvəqqəti prezidenti, həmçinin İspaniya Futbol Federasiyasının prezidenti Angel Maria Villar Llona barədə də araşdırmalara başlayıb.

FİFA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, təşkilatın ətrafında baş verən korrupsiya qalmaqalında onların da adları hallanır və bu məsələdə şübhəli bilinirlər.

Xatırladaq ki, UEFA prezidenti Michel Platini istintaqa görə vəzifəsindən 90 gün kənarlaşdırıldığından onun səlahiyyətləri müvəqqəti Angel Maria Villar Llonaya verilmişdi.

Həmçinin FİFA təşkilat ətrafındakı korrupsiya və rüşvət qalmaqalı ilə bağlı istintaqa görə qurumun prezidenti Zepp Blatterin fəaliyyətini oktyabrın 8-dən 90 günlük dondurub.

Bu məsələ Platininin FİFA prezidenti olmasını əngəlləyib. Qeyd edək ki, Pltaini FİFA prezidentliyinə namizədlərdən biridir.

XS
SM
MD
LG