Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Avropa Şurası və Avropa Birliyinin Bakı nümayəndəlikləri oktyabrın 27-də “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün yeni layihələrin təqdimatını keçirəcək.

Bu barədə Avropa Şurasının Bakı ofisi məlumat yayıb.

2015-2017-ci illərdə həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə akademiyasının rolu və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı xüsusi layihəni həyata keçirməkdir.

4,7 milyon avro dəyərində olan bu layihələri Avropa Birliyi ilə Avropa Şurası maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG