Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, daxili işlər naziri Ramil Usubov nazirlikdə çalışan Elnur Mehdiyevi tutduğu vəzifədən azad edərək Qax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edib.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev isə tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qax rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov tutduğu vəzifədən azad edilərək Pirallahı Rayon Polis Şöbəsinin rəisi, 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov isə tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə rəistəyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG