Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:05

Ali Məhkəmə də M.Mirəlioğluna «yox» dedi


Mirmahmud Mirəlioğlu.
Mirmahmud Mirəlioğlu.

-

Oktyabrın 21-də Ali Məhkəmə KXCP sədri Mirmahmud Mirəlioğlunun şikayətinə baxıb.

Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyini vermişdi. Ancaq DSK imzaların bəzilərinin saxta olduğunu bildirərək Mirmahmud Mirəlioğlunun namizədliyini qeydiyyata almaqdan imtina etmişdi. Sonradan MSK və Apellyasiya Məhkəməsi də eyni qərarı vermişdi.

Oktyabrın 21-də Ali Məhkəmə də Mirmahmud Mirəlioğlunun şikayəti ilə bağlı MSK və Apellyasiya Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.
Bu barədə AzadlıqRadiosuna KXCP-nın Təşkilat Komitəsinin sədri Bəybala Əbil məlumat verib. Bəybala Əbil deyib ki, Ali Məhkəmə bu şikayətə baxmağa cəmi 5 dəqiqə vaxt ayıraraq «yox» cavabını verdi.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG