Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:01

Assad Moskvaya gedib


Vladimir Putin (sağda) Bashar al-Assad-la görüşür, 21 oktyabr, 2015-ci il

Vladimir Putin (sağda) Bashar al-Assad-la görüşür, 21 oktyabr, 2015-ci il

-

Kreml bildirir ki, Suriya prezidenti Bashar al-Assad oktyabrın 20-də axşam saatlarında Moskvaya gedib və rusiyalı həmkarı Vladimir Putin-lə görüşüb.

Kremlin sözçüsü Dmitry Peskov Assad-ın görüşünü “işgüzar” adlandırıb. Deyib ki, Assad axşam gəlib və tərəflər Suriyada islamçı silahlılara qarşı birgə hərbi kampaniyanı müzakirə ediblər.

Peskov-un sözlərincə, danışıqlarda “terrorçu qruplarla” mübarizə, Rusiyanın Suriyada hərbi əməliyyatları, hava zərbələrini davam etdirməsi də müzakirə olunub. Assad Putin-ə Suriya hərbçilərinin planları barədə məlumat verib.

Bu danışıqların baş tutduğu gündə Moskvayla Vaşinqton Suriya hava məkanında Rusiya və NATO təyyarələri arasında insident risklərini minimum endirmək üçün razılaşma imzalayıblar. Məlumatı Pentaqon yayıb. Razılaşmaya əməkdaşlıq zonaları, yaxud hədəflərlə bağlı informasiyanın paylaşılması daxil deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG