Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:13

-

ABŞ-ın vitse-prezident Joe Biden deyir ki, 2011-ci ilin mayında prezident Barack Obama-ya bir məsləhət verib. Biden prezidentə deyib ki, Al-Qaeda lideri Osama bin Laden-in ölümüylə nəticələnmiş basqını həyata keçirsin.

“Ona öz fikrimi dedim ki, məncə, getməlidir, ancaq öz instinktlərinə əməl etməlidir,” Biden oktyabrın 20-də George Washington Universitetində deyib.

Daha öncə Biden söyləmişdi ki, Obama-ya 2011-ci ildə həmin reydi təsdiqləməmək məsləhətini verib. Biden-in sözlərinə görə, prezidentə deyibmiş ki, əvvəlcə bin Laden-in Pakistandakı məkanda olduğunu təsdiqlətsin.

Biden gələn ilki prezident seçkisinə qoşulmağı götür-qoy edir. Seçkilərdə Demokratlardan əsas namizəd Hillari Clinton isə həmin hücumu dəstəklədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG