Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01

-

Avropa Birliyinin gələn həftə Kosovoyla razılaşma imzalayacağı gözlənir. Beləliklə, bu ölkənin bloka üzvlük yolu açılmış olacaq. Məlumat oktyabrın 20-də yayılıb.

Bu addım Serbiyanı da AB-yə yaxınlaşdıra bilər. Ancaq daxili separatçı hərəkatlarla mübarizə aparan AB üzvlərinin narahatlığı artır. Belə ki, İspaniya, Kipr, Rumıniya, Yunanıstan və Slovakiya Kosovo 2008-ci ildə Serbiyadan ayrılandan onu tanımayıblar.

Eyni zamanda bu üzv ölkələr AB-nin Kosovo ilə danışıqlarına əngəl də olmayıblar.

Kosovo danışıqları ötən ilin iyulunda bitirib. Sabitləşdirmə və Assosiasiya sazişi AB üzvlüyünə aparır və iqtisadi faydaları olacaq. Sazişi gələn həftə AB-nin xarici siyasət rəhbəri Federica Mogherini və Genişlənmə Komissarı Johannes Hahn imzalayacaq. Saziş gələn ildən qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG