Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:57

-

ABŞ Dövlət katibi John Kerry oktyabrın 21-dən 25-dək Yazın Şərq və Avropaya səfər edəcək. O, İsrail-Fələstin münaqişəsi və Suriya vətəndaş müharibəsi barədə danışıqlar aparacaq. Məlumatı Dövlət Departamenti yayıb.

Kerry İsrail baş naziri Benjamin Netanyahu, Fələstin prezidenti Mahmoud Abbas, İordaniya kralı Abdullah ilə görüşəcək.

Məqsəd son həftələr güclənən İsrail-Fələstin münaqişəsini səngitməkdir. Belə ki, fələstinlilər yəhudilərin al-Aqsa məscidini ələ keçirməyə çalışdığını düşünür, ancaq yəhudilər iddiaları rədd edir.

Kerry həmçinin Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə görüşlər keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG