Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

Moskva Suriyada 3 rusiyalının həlak olması barədə onda elə bir məlumat olmadığını deyir.

Rüuters agentliyinin bundan əvvəl hökumətpərəst hərbi mənbəə istinadla verdiyi məlumata görə, Rusiya hərbçiləri Latakiyə əyalətində Suriya hökumət qüvvələri ilə birlikdə vuruşarkən onların mövqeinə mərmi düşüb.

Amma Dəməşqdəki Rusiya səfirliyi 3 rusiyalı və ya Rusiya əsgərinin ölümü barədə onda elə bir məlumat olmadığını bildirir.

Rusiyanın Müdafiə Nazirliyi hələlik məlumata münasibət bildirmir.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin rəhbəri Rami Abdurakhman Reutersə rusiyalıların ölümünü təsdiqləyib, amma əlavə detallara aydınlıq gətirməyib.

O hesab edir ki, ölənlər Rusiya əsgəri yox, könüllülərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG