Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Suriya hökumət qüvvələrinin Rusiya təyyarələrinin dəstəyi ilə ötən həftə hücuma keçməsindən sonra Hələb şəhərindən 35 min sakin çıxıb.

Bu barədə BMT-nin qaçqınlar üzrə idarəsinin oktyabrın 20-də yaydığı bəlumatda bildirilir.

Təşkilatın humanitar məsələlər üzrə koordinasiya idarəsinin sözçüsü Vanessa Huguenin onların şəhərin cənub-qərbindəki Zerbeh və Hader rayonlarından olduqlarını deyir.

O bildirib ki, qaçqınlar təcili ərzaq yardımı və sığınacaqla təmin edilməlidir.

Məlumatlara görə Suriya ordusu oktyabrın 17-dən bu yana Hələbin ətrafındakı bir neçə kəndi ələ keçiriblər.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi Rusiya təyyarələrinin oktyabrın 19-da bu ərazilərə zərbələr endiridiyini xəbər verir.

Suriyanın Dövlət Televiziyası Hələb ətrafının Rusiya təyyarələrinin bombaladığı 49 hədəfdən biri olduğunu xəbər verir.

2011-ci ildən bu yana Suriyanı təxminən 4 milyon adam tərk edib, 7 milyon nəfər isə ölkə daxilində məcburi köçkün düşüb.

İndiyədək Suriya müharibəsində 250 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG