Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

"Bəzi mühacirlər işini Facebookda şirə dönməklə bitmiş sayır"


Tural Sadıqlı
Tural Sadıqlı

►"Bəziləri siyasi dona girib siyasi sığınacaq alıb, amma yaralı barmağa məlhəm olmaqdan boyun qaçırır."

Almaniyada yaşayan Tural Sadıqlı Azərbaycanda ailəsinə edilən təzyiqlərin onun siyasi mübarizəsinə təsir etmədiyini deyir

Oktyabrın 18-də Avropa Demokratiyaya Dəstək Alyansının təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində Avropada yaşayan azərbaycanlıların I konfransı keçirilib.

Konfransa sədrlik edən Tural Sadıqlı AzadlıqRadiosuna müsahibəsində azərbaycanlı mühacirlərin yeni birliyindən danışıb:

Konfransdan fotolar (MeydanTV)
Konfransdan fotolar (MeydanTV)

- Belə bir konfrans keçirməkdə məqsəd nə idi?

- Konfransin məqsədi Avropada yaşayan siyasi mühacirləri bir yerə toplamaq, Azərbaycan üçün birgə müzakirələr aparmaq və birgə qərarlar qəbul etmək idi. Bu konfransda Avropadakı əksər siyasi mühacirləri bir araya toplaya bilməsək də, zənnimcə, konfrans öz məqsədinə çatdı. Yəni olduqca faydalı müzakirələr getdi və bu müzakirələr əsasında yekun qətnamə qəbul olundu. Müzakirə etdiyimiz məsələlər Avropada azərbaycanlıların təşkilatlanması, Avropaya yeni köç etmiş soydaşlarımızın inteqrasiyası, Azərbaycandakı ictimai-siyasi durum və Avropadan Azərbaycana demokratik dəstəyin təmin edilməsi istiqamətlərində idi. Yekun qətnamədə bütün bu məsələlərə dair qərarlar qəbul etdik. Qəbul etdiyimiz qərarların içərisində siyasi məhbusların ailələrinə maddi yardımın təmin edilməsi də var.

Buna da bax: MTN-dəki yeni 1-ci müavin- [Kimdir?]

Çox təəssüf ki, mətbuat sahəsində çalışan mühacirlər təşkilatlanma və bu kimi mötəbər tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmirlər.

- Avropada yaşayan mühacirlər öz siyasi mübarizələrini hansı yolla aparmağı düşünürlər?

- Bilirsiz, Avropada yaşayan və siyasi fəallığını davam etdirmək istəyən mühacirlərdə pərakəndəlik var. Bu pərakəndəliyi aradan qaldırmaq üçün isə Avropada təşkilatlanmaq əsas şərtdir. Avropada yaşayan siyasi mühacirlər müxtəlif istiqamətdə öz fəaliyyətlərini davam etdirə bilər: məsələn, mətbuat sahəsində fəaliyyət göstərməklə, Avropa dövlətlərinin rəsmi qurumlarına, eləcə də beynəlxalq təşkilatlara Azərbaycanla bağlı intensiv məlumatlar vermək, onlardan dəstək tələb etməklə və təşkilatlanmağı gücləndirməklə. Siyasi mühacirlərin bir qismi yalnız mətbuat sahəsində fəaliyyət göstərir, Azərbaycandakı ictimai-siyasi məsələləri işıqlandırmaqla məşğuldur. Bu fəaliyyət alqışlanandır. Bu, yuxarıda qeyd etdiyim siyasi mühacirlərin effektli fəaliyyət istiqamətlərindən biridir. Şəxşən rəhbəri olduğum Avropa Demokratiyaya Dəstək Alyansının üzvləri arasında bu mətbuat qurumunun bəzisinə kiçik də olsa, ianə edənlər var. Biz buna qarşı çıxmırıq. Böyük təşkilatlanma baş tutarsa, böyük ianələr də etmək mümkündür. Bir mühacir digər mühacirin fəaliyyətində ona dəstək olmalıdır. Lakin çox təəssüf ki, mətbuat sahəsində çalışan mühacirlər təşkilatlanma və bu kimi mötəbər tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmirlər. Heç uzaqdan da iştirak etmirlər. Axı onlar həm də Avropada yaşayırlar. Şəxsən təşkilatlanma istiqamətində yenicə addımlar atan Avropa Demokratiyaya Dəstək Alyansının 1 illik fəaliyyəti müddətində biz onlardan dəstək görməmişik. Həmçinin bəzi mühacirlər var ki, Avropada siyasi mühacirət adı ilə rahat həyata qovuşub siyasətdən uzaqlaşıb. Bəziləri heç əvvəl də siyasətdə deyildi. Bəziləri siyasi dona girib siyasi sığınacaq alıb, amma yaralı barmağa məlhəm olmaqdan boyun qaçırır. Bəziləri siyasi mühacirət alveri üçün siyasətdədir, bəziləri işini sadəcə kompüter arxasında şirə dönməkdə, facebookda status yazmaqla bitmiş sayır, özünə başqa əziyyət vermir. Bu qisim mühacirlərin çoxu da işsiz adamlardır. İşləri olsa, heç facebookda status da yazmazlar. Sonuncu qism mühacirlər də var ki, fəaliyyətləri yalnız, “Sarı gəlin” davası aparmaqdan, “şəkərbura-paxlava cəmiyyətləri” və Xocalı və 20 yanvar faciələrini yas mərasimləri müstəvisindən o tərəfə çıxarda bilməyən diaspora təşkilatları olmaqdan ibarətdir.

Buna da bax: Əli Kərimli: "Təpik və yumruqla danışmaq..."

“Məqsəd Avropada Azərbaycan üçün işləməkdir”

Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv)
Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv)

- Avropadakı mühacirlər sıralarını kimlərin hesabına genişləndirməyi düşünürlər?

- Biz Avropadakı siyasi mühacirlərin, eləcə də Azərbaycan üçün faydalı olmaq istəyən bütün soydaşlarımızın təşkilatlanmasını qarşımıza məqsəd qoymuşuq. Ona görə də sıralarımızda həm siyasi mühacir olan, həm də siyasi mühacir olmayan azərbaycanlılar yer ala bilər. Məqsəd saf niyyətlə Avropada Azərbaycan üçün çalışmaqdır.

Beləliklə, Angela Merkel-in administrasiyası səviyyəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin vasitəsilə Azərbaycan hökumətinə qardaşım Elgiz Sadıqovun azadlığa buraxılması üçün müraciət edildi.

- Tural bəy, fəallığınıza görə Azərbaycandakı yaxınlarınız təzyiqlə üzləşmişdi. Hazırda bununla bağlı vəziyyət nə yerdədi və sizin mübarizənizə təsiri hansı səviyyədədir?

- Bəli, bu ilin fevral ayında ailəmə qarşı təzyiqlər oldu. Atam və qardaşım həbs olundu. Atamı bir gün sonra buraxsalar da, qardaşıma qondarma və ənənəvi narkotik ittihamı ilə cinayət işi açıldı və barəsində həbs qətimkan tədbiri seçildi. Lakin beynəlxalq insan haqları təşkilatlarının dəstəyi nəticəsində məsələ alman mətbuatına və gündəminə gətirildi. Həmin təşkilatlar şəxsən Almaniyanın kansleri Angela Merkel-ə müraciətlər etdi. Onun ofisinin qarşısında keçirilən bir aksiyada iştirak edənin ailəsinin cəzalandırıldığını və bu məsələyə xanım Merkel-in biganə qaldığını kəskin şəkildə qınadılar. Avropada ölkə başçıları beynəlxalq insan haqları təşkilatlarının onlar barədə tənqidi fikirlərinə olduqca həssas yanaşırlar. Onların demokratikliyini kölgə altına salan hər işdən uzaq olmağa çalışırlar. Çünki onları xalq seçir. Beləliklə, Angela Merkel-in administrasiyası səviyyəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin vasitəsilə Azərbaycan hökumətinə qardaşım Elgiz Sadıqovun azadlığa buraxılması üçün müraciət edildi. Həbsindən 1 həftə sonra Bakı Apellyasiya məhkəməsinin qərarıyla qardaşımın həbs qətimkan tədbiri dəyişdirilərək ev həbsi ilə əvəz edildi. Hazırda üzərində cinayət işi var, məhkəmə prosesi davam edir. İstər Azərbaycanda olarkən şəxsimə qarşı edilən həbs və digər təzyiqlər, istərsə də Avropada olarkən ailəmə olan təzyiqlər məni heç vaxt doğru bildiyim şeylərdən çəkindirməyib, çəkindirə də bilməz.

XS
SM
MD
LG