Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39

Taliban Əfqanıstanın Fəryab əyalətində 18 polis zabitini girov götürüb.

Bu barədə əyalətin polis rəisi Sayed Aqa oktyabrın 20-də məlumat verib.

Onun sözlərinə görə rayonun polis rəhbəri də onların arasındadır.

Talibançılar 2 günlük döyüşdən sonra əyalətdəki Ghormch rayonunu zəbt ediblər.

Məlumatı Əfqanıstanın daxili işlər nazirliyi də təsdiqləyib.

Nazirliyin sözçüsü Sediq Sediqqinin sözlərinə görə talibançılar bu rayonu oktyabrın 18-də ələ keçiriblər.

Talibançıların nümayəndəsi isə rayonun polisi də daxil olmaqla 14 polisin ələ keçirildiyini bildirir.

Sediqqi Fəryab əyalətinə əlavə qüvvələr göndərildiyini deyir.

O bildirib ki, əməliyyatı keçmişkomandir və vitse-prezident, Abdul Rashid Dostum koordinasiya edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG