Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:35

Rusiyanın Suriyanın Latakiyə əyalətini bombalaması nəticəsində yaraqlılar və dinc sakinlər də daxil olmaqla 45 nəfərin öldüyü bildirilir.

Bu barədə oktyabrın 20-də Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.

Məlumata görə zərbələr oktyabrın 19-da Jabal Akrad rayonuna endirilib.

Bu ərazi hazırda Bashar Assad rejiminə qarşı mübarizə aparan üsyançıların nəzarətindədir.

Məlumatlara görə görə üsyançıların baş qərargah rəisi Basil Zamo da ölənlərin arasındadır.

Bu qrup Suriya Azadlıq Ordusuna daxil olan birləşmələrdən biridir.

Qeyd edək ki, Rusiya Suriya müharibəsində prezident Bashar Assadın, ABŞ və digər qərb ölkələri isə üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG