Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

ABŞ-ın yüksək rütbəli zabiti oktyabrın 20-də İraqa gedib.

Səfərdə məqsəd İslam Dövləti qrupu ilə mübarizəni canlandırmaq, yeni məlumat almaqdır.

Bu dəniz piyadaları baş qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri kimi general Joseph Dunfordın İraqa ilk səfəridir.

O bu vəzifəyə oktyabrın 1-də təyin edilib.

Dunford İraqın şimalındakı kürd muxtariyyətinin paytaxtı Ərbilə gedib.

O kürd muxtar ərazilərinin prezidenti Massud Barzani ilə görüşməlidir.

Generalın həmçinin İraq rəsmiləri və ABŞ komandanlığı ilə görüşü nəzərdə tutulur.

Dunford onu müşaiyət edən jurnalistlərə bildirib ki, hazırda Rusiyanın İslam Dövləti qrupuna qarşı hava zərbələrini genişləndirməsinə lüzum yoxdur.

Məlumatlara görə, Bağdad, Rusiyanın Suriyada olduğu kimi İraqda da bu qrupa qarşı hava əməliyyatları keçirməsini istəyir.

Amma Dunford bildirib ki, İraq bununla bağlı Rusiyaya elə bir rəsmi müraciət göndərməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG