Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:08

-

«Kimsə nəsə deyirsə, ağlına gələn şeyləri danışırsa, məsuliyyətsiz bəyanatlar verirsə, bu, o demək deyil ki, bu, həqiqətdir. Şəxsən məndə belə məlumat yoxdur».

Bunu AzadlıqRadiosuna Ədliyyə Nazirliyinin şöbə müdiri Faiq Qurbanov İlqar Məmmədovun 2 saylı Cəzaçəkmə Müəssisəsində döyülməsi haqda xəbərlərə münasibət bildirərkən deyib.

Vəkil Cavad Cavadov ReAL Hərəkatının lideri İlqar Məmmədovun oktyabrın 16-da həbsxanada amansızcasına döyüldüyünü iddia edir.

«HEÇ KİMƏ AYRI-SEÇKİLİK QOYULMUR»

Faiq Qurbanov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun telefon danışıqlarına və yaxınları ilə görüşə qadağa qoyulması ilə bağlı dediklərinə də münasibət bildirib. Deyib ki, cəzaçəkmə yerində heç kimə ayrı-seçkilik qoyulmur:

«Hər bir məhkum və təqsirləndirilən şəxs qanunla ona verilmiş hüquqlardan istifadə edir. Heç kimə ayrı-seçkilik qoyulmur».

«ƏSASSIZ MƏLUMATLARDIR»

Son günlər mətbuatda Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun ölümündə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin aclıq aksiyası keçirməsi haqqında da məlumatlar yer alır. Faiq Qurbanov bu məsələyə belə münasibət bildirdi:

«Kimsə aclıq aksiyası keçirirsə, bu, ola bilər. Qayda var ki, əgər aclıq aksiyası məhkumun səhhətinə, sağlamlığına təhlükə yaradarsa, lazımi tədbirlər görülür. Ancaq bütövlükdə bunlar şayiə xarakterli, əsassız məlumatlardır. Çox vaxt şişirdilmiş, bəzən həqiqətə uyğun olmayan sözlər deyilir».

Vüqar Əliyevin özünə qarşı ədalətsizliklərə görə saxlandığı Qobustan həbsxanasında oktyabrın 3-dən aclıq aksiyası keçirdiyi, bir neçə gün əvvəl isə səhhətinin pisləşdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG