Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

-

«Facebook» istifadəçilərin təhlükəsizliyi üçün yeni bir sistem işə salıb.

Artıq istifadəçilər hesablarına hücum, müdaxilə olduqda xəbər tutacaqlar.

Sistemdən «Facebook»un təhlükəsizlik üzrə baş direktoru Alex Stamos «Qeydlər» bölməsində söz açır.

Sistem həm hakerlərdən, həm də dövlət, hakimiyyət üçün işləyən hücumlardan qorunmaq üçün işlənib. İstifadəçilərin hesabları hədəfə alınıbsa, hücum varsa, bildiriş alacaqlar.

Bu işdə telefon nömrələrinin rolu var. Hesaba yeni bir cihazdan və ya brauzerdən giriş olduqda, onun sahibinin telefonuna kod göndəriləcək. Bu kod yazılmayınca, hesab açılmayacaq.

«Facebook» bildirir ki, üsullarının məxfiliyini qorumaq üçün hücumları necə ayırd etdiyini açıqlamayacaq.

Qeyd olunur ki, yalnız yüksək sübuta dayanan hallarda xəbərdarlıq bildirişləri göndəriləcək.

XS
SM
MD
LG