Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:53

-

BMT-nin baş katibi Ban Ki-moon oktyabrın 20-də İsrailə və Fələstin torpaqlarına qəfil səfərə gedir.

Fələstinin xarici işlər naziri Riyad Malki yerli mediaya deyib ki, Ban həm İsrail, həm də Fələstin liderləri ilə görüşəcək.

Adı çəkilməyən BMT rəsmisi iki günlük səfərin oktyabrın 20-də başlayacağını təsdiqləyib, ancaq detallara varmayıb.

BMT rəhbəri səfər öncəsi yaydığı video mesajda tərəfləri sakitliyə çağırıb. O, zorakılığın ancaq tərəflərin ziyanına işlədiyini söyləyib.

Son günlər bölgədə zorakılıq artıb. Şayiələrə görə, İsrail Al-Aqsa məscidinin yerləşdiyi yüksəkliyi ələ keçirmək istəyir. Bu məscid fələstinlilər üçün də əsas məbəddir.

İsrail iddiaları rədd edir.

Toqquşmalarda 8 israilli, 40-dan çox fələstinli həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG