Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:31

Seçki təbliğatında uşaqlarla bağlı qərar verildi


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

21 saylı Nəsimi rayon Seçki Dairəsindən parlament seçkilərinə qatılan Günel Səfərova təbliğatında uşaqlardan istifadə ittihamı ilə üzləşib.

Günel Səfərova deyir ki, övladları və bacısı uşaqları əllərində onun şəkli olan posterlərlə foto çəkdirib: «Mən də həmin fotonu Facebook səhifəmdə yaymışam. Fotodan da görünür ki, uşaqlar doğmalarımdır. Məni DSK-ya çağırdılar ki, bu, qanuna uyğun deyil. Uşaqlar sizin təbliğatınızda iştirak edə bilməzlər, 18 yaşa çatmayıblar».

Günel Səfərova deyir ki, DSK rəhbərliyində müzakirədən sonra qərara alınıb ki, hüquq pozuntusuna yol verilməyib.

XS
SM
MD
LG