Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

-

Sloveniya hökuməti orduya sərhədin qorunmasında polisə kömək etmək hüququ verən qanun təklif edib. Bu arada minlərlə miqrant Xorvatiyadan Sloveniyaya keçib.

Ötən gecə təklif olunmuş qanunun oktyabrın 2-də axşam saatlarında parlamentdə qəbul olunacağı gözlənir.

Sloveniya bir gün öncə Xorvatiyadan gələn mindən çox miqrantı qəbul etməyib, gündəlik kvotanın dolduğunu bildirib.

Xorvatiya şimal qonşusundan gündə 5 min miqrantı qəbul etməyi istəyib. Ancaq Sloveniya yalnız onun yarısını götürə biləcəyini deyir.


Beləliklə, Xorvatiya-Sloveniya sərhədində miqrantlar toplaşıb.

On minlərlə miqrant Suriya, Əfqanıstan və İraqdakı zorakılıqdan qaçır. Onlar əsasən Balkanlardan keçərək Qərbi Avropaya üz tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG