Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

V.Putin təklif etdi, İ.Əliyev bəyəndi…


Vladimir Putin və İlham Əliyev.
Vladimir Putin və İlham Əliyev.

-

Müstəqil Dövlətlər Birliyinin (MDB) Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin-in ticarətdə milli valyutadan istifadə təklifi diqqət çəkib. Bu təklifi dəstəkləyən Azərbaycan prezidenti belə deyib: «MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollarla apardığımıza görə, bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim».

AZƏRBAYCAN PREZİDENTİNİN FİKRİNCƏ...

İlham Əliyevin fikrincə, hesablaşmaları milli valyutalarla aparmaqla müəyyən maliyyə risklərindən yaxa qurtarmaq olar, həmin valyutalar da möhkəmlənər. Bunun iqtisadi inteqrasiyanı da artıracağını vurğulayan Azərbaycan prezidenti çıxışını belə yekunlaşdırıb: «Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar».

Bu cür yanaşmalar, istər-istəməz, belə sualları aktuallaşdırır: Azərbaycan xarici ticarəti manatla aparsa, ölkənin milli valyutası hansı təsirlərə məruz qala bilər? Rusiyaya ixrac edilən məhsulların qarşılığında ölkəyə dollar deyil də, rubl gəlsə, manat sabitliyini saxlaya bilərmi?

«MƏZƏNNƏ FƏRQİNDƏN İTKİLƏR ARTA BİLƏR»

İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə, hesablaşmaları milli valyutalarla aparmaq daha çox siyasi yüklü bəyanatdır: «Onun reallaşması o qədər də sadə deyil. İqtisadi baxımdan 2 amilə görə Azərbaycana sərf etmir. Birincisi, hazırda Azərbaycan manatının taleyi ölkəyə daxil olan valyutanın həcmi ilə yanaşı, həm də onun növündən asılıdır. Bizə lazım olan sərbəst dönərli (istənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilə bilən) valyutanın ölkəyə gətirilməsidir. Odur ki, Rusiya bazarına məhsul ixrac edib, onun əvəzinə rubl qazanmaq manatın sabitləşməsi üçün lazım olan dolların ölkəyə daxil olmasını azalda bilər. Çünki bizim qeyri-ixrac mallarının əsas bazarı Rusiyadır. Ora aparılan malı rubla satsaq da, ölkəyə dollar gətirilməlidir ki, fasiləsiz ticarət əməliyyatlarına zəmin yaransın».

Qubad İbadoğlu bildirir ki, rublun sabit valyuta olmaması ciddi problem doğura bilər: «Bu, xarici ticarət əməliyyatı iştirakçılarının məzənnə fərqindən itkilərini artıra bilər. O baxımdan düşünürəm ki, belə hesablaşma Rusiya ilə xarici ticarət aparan yerli biznes adamlarının maraqlarına cavab verməyəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG