Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:12

Vəkili İlqar Məmmədovun döyüldüyünü deyir


İlqar Məmmədov
İlqar Məmmədov

-

Vəkil Cavad Cavadov ReAL Hərəkatının sədri İlqar Məmmədovun həbsxanada döyüldüyünü iddia edərək, Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və ombudsman Elmira Süleymanovaya müraciət edib.

O, müraciətdə Ədliyyə Nazirliyinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İlqar Məmmədovun oktyabrın 16-da Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən döyüldüyünü və bu məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, hüquq-mühafizə orqanlarına qanuni tədbirlər görülməsi, onun təhlükəsizliyinin təmin olunması üçün şikayət göndərdiyini bildirib.

Bu barədə AzadlıqRadiosuna İlqar Məmmədovun lideri olduğu REAL hərəkatı icra aparatının rəhbəri Natiq Cəfərli məlumat verib.

Müraciətdə deyilir:

«İlqar Məmmədovun sözlərinə görə, oktyabrın 16-i təxminən saat 15-30 radələrində (onunla görüşə gələn digər vəkili Fuad Ağayev gedəndən bir müddət sonra) onu Cəzaçəkmə Müəssisəsi rəhbərliyinin oturduğu inzibati binaya çağırıblar. Onu əvvəlcə Şakir adında rəis müavinin yanına aparıblar, orada rəis müavini və müəssisənin Çingiz adında digər əməkdaşı İlqar Məmmədova qəflətən sinəsi və başından bir neçə zərbə vurublar. Daha sonra isə itələyə-itələyə rəis Eyvaz Əsgərovun xidməti otağına aparıb və orda da hər üçü onu yerə yıxaraq təpikləyiblər. Səbəb onun həmin cəzaçəkmə müəssisəsindəki məhbus Rinat Yusifovun adının internet media resurslarına ötürməsi göstərilib və rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə xəbərdarlıq edilib».

Mənbənin məlumatına görə, vəkil İlqar Məmmədovun bədənində xəsarətlər olduğunu və müraciətində bütün bunları nəzərə alaraq onun təhlükəsizliyinə təminat verilməsini xahiş edib.

İş günü bitdiyi üçün məsələyə Ədliyyə Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.

İ.Məmmədov bundan əvvəl də həbsxanada ona fiziki təzyiq göstərildiyini bildirib. Amma həbsxana rəhbərliyi bunu təkzib edib.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüqu və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG