Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

-

Oktyabrın 20-də parlamentin iclasında sahibkarlıq obyektlərinə yoxlamaların dayandırılması və avtoxuliqanlıqla məşğul olanlara qarşı cəzanın artırılması ilə bağlı qanuna dəyişikliklərin müzakirəsi gözlənir.

Ölkə prezidenti 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı qanun layihəsini Milli Məclisə göndərib.

Prezident Ilham Əliyev bir neçə gün öncə keçirdiyi müşavirədə sahibkarlara qarşı qanunsuz yoxlamaların, rüşvət hallarının baş alıb getdiyini bildirmişdi.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrdə isə əks olunub ki, aşkar sürətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır və 2 min manatdan 4 min manata qədər miqdarda cərimə edilir. Və ya nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG