Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

-

İraqda jurnalistika və qadın hüquqlarını təbliğ edən jurnalistin meyiti İstanbul aeroportunda tapılıb. Jacqueline Sutton Beynəlxalq Hərb və Sülh Xəbərləmələri (Institute for War and Peace Reporting) İnstitutunun İraqdakı direktoruydu.

Oktyabrın 19-da yayılmış bəyanatda həmkarları onun ölümünün dərhal araşdırılmasına çağırıb. Bir neçə ay əvvəl həmin vəzifədə çalışan şəxs bomba partlayışında həlak olmuşdu.

Açıqlamada deyilir ki, Sutton Londondan gəlirmiş, İraqın muxtar kürd regionundakı Ərbildki bazaya gedirmiş

Türkiyə mediası jurnalistin tualetdə asıldığını yazıb. Anadolu agentliyi Sutton-un təyyarəyə gecikəndən sonra intihar etdiyini bildirib. Agentlik iddia edir ki, jurnalistin İraqa yenidən bilet almağa pulu olmayıb.

Həmkarları və dostları türk mediasının yazdıqlarına, intihar versiyasına inanmadıqlarını deyiblər. “BMT rəsmiləri, siyasətçilər, hərbi komandirlər qarşısında susmaması ona ancaq mənfi diqqəti yönəldirdi,” həmkarı Vanessa Farr deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG