Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:35

- "Google" şirkəti ilə yazıçılar arasındakı on ildir davam edən məhkəmə sona çatıb. Bu, dövrümüzün ən maraqlı məhkəmə çəkişmələrindən biri sayılırdı, çünki hər iki tərəfin arqumenti tutarlı idi.

“Milyonlarla kitabı skanerdən keçirmək və onlayn kitabxanaya qoymaq qanunidir” – Nyu Yorkun federal işlər məhkəməsi “Google Books” kitab layihəsinin müəllif hüququ qanununu pozmadığı haqda qərar çıxarıb.

“Google” şirkəti 2004-cü ildə bir neçə iri tədqiqat kitabxanası ilə onların kolleksiyasını rəqəmsallaşdırmaq üçün razılaşma imzalamışdı.

ABŞ-da Müəlliflər Gildiyası və ayrı-ayrı yazıçılar 2005-ci ildə “Google”-u milyonlarla kitabı skanerdən keçirmək, onlayn kitabxanaya qoymaq, müəllif hüququ haqda qanunu “kütləvi şəkildə pozmaq” və müəllifləri gəlirdən məhrum etmək iddiasıyla məhkəməyə vermişdi.

“Google” bu günə qədər 20 milyondan çox kitabı skanerdən keçirib. Bu kitabxanada müasir yazıçıların da kitablarının tam mətnini pulsuz oxumaq mümkündür.

Məhkəmə isə qərarını belə əsaslandırıb:

Kitabların surətlərinin bu cür çıxarılması müəllif hüququ haqda qanunu pozmur. Birincisi, "Google" bu kitabları məhdud ictimai baxışa təqdim edir.

İkincisi, "Google" bu işi kommersiya motivilə deyil, kitabxana motivi ilə görür...”

Müəlliflər Gildiyası isə bəyanat yayıb ki, onlar narazı qalıblar. Elə yazıçılar var, yazmaqdan başqa peşələri yoxdur, “Google”-un bu addımı isə həmin yazıçıları pis vəziyyətə salır.

“Google” şirkəti “Google Books” layihəsini “dünyanın ən böyük tam mətnli elektron kitabxanası” adlandırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG