Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34

Tehran İranla 6 dünya ölkəsi arasında əldə edilmiş nüvə sazişinin ilin sonunadək həyata keçiriləcəyinə ümidlə yanaşır.

Bunu İranın nüvə danışıqlarındakı rəsmisi Abbas Araqchi oktyanrın 19-da Vyanada bu ölkəlrin rəsmiləri ilə görüşdən sonra bəyan edib.

Qeyd edək ki, İranla danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya,Fransa və Almaniya iştirak edir.

Sazişdə İranın nüvə proqramını dondurmasından sonra sanksiyaların yumşaldılması və ya ləğvi nəzərdə tutulur.

ABŞ və Avropa Birliyi oktyabrın 18-də İranın müəyyən şərtləri yerinə yetirməsindən sonra ( məsələn uran zənginləşdirilməsində istifadə olunan sentrafuqların ixtisarı və s) sanksiyaların ləğvinə yönəlmiş hüquqi addımlar qəbul ediblər.

Araqchi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi göstəriş verən kimi İran sentrafuqların istismardan çıxarılması, silinməsinə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG