Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

Pakistanın baş naziri Nawaz Sharifin oktyabrın 20-də Birləşmiş Ştatlara 3 günlük səfəri başlanır.

Bu barədə Pakistanın xarici işlər nazirliyi məlumat yayıb.

Anakitiklər hesab edir ki, Vaşinqton Pakistanı Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının növbəti mərhələsini təşkil etməyə çağıracaq.

Ağ evin sözçüsü Josh Earnest jurnalistlərə Pakistanın artıq bu danışıqlarda vacib rol oynadığını bildirib.

Bu ilin iyulunda Pakistanın vasitəçiliyi ilə ilk birbaşa görüş keçirilib.

Amma Talibanın lideri Mullah Mohammad Omarın ölüm xəbərinin üstü açıldıqdan sonra danışıqlar yenidən dalana dirənib.

Nawaz Sharif bundan əvvəl sülh danışıqlarını bərpa etməyə çalışdığını deyib.

Pakistan 2009-cu ildən bu yana Vaşinqtondan 4,6 milyard dollar yardım alıb.

ABŞ həmçinin 2016-cı ildə Pakistana 749 milyon dollar yardım göstərmək fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG