Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

Oktyabr ayının 18-i Avropa Demokratiyaya Dəstək Alyansının təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində „Avropada yaşayan azərbaycanlıların I konfransı“ keçirilib. Konfransa sədrlik səs çoxluğu ilə ADDA-nın sədri Tural Sadıqlıya həvalə olunub. Konfransda miqrasiya məsələləri üzrə ekspert, hüquqşunas Əlövsət Əliyev, Frankfurt "Toplum" qəzetinin rəhbəri Mehmet Canpolad, tanınmış jurnalistlər Həbib Abdullayev (Müntəzir) və Yeganə Əmiraslanlı, Kəmalə Bənənyarlı və digər mahacirlərin çıxışı olub.

Çıxışlardan sonra təkliflər əsasında müzakirələr aparılıb və sonda konfransın qətnaməsi qəbul olunub. „Avropada yaşayan siyasi mühacirlərin II konfransı“nın gələn ilin oktyabrın 16-da keçirilməsi barədə qərar qəbul edilib.

Konfransda Avropa ölkələrinə mühacirət etmiş Azərbaycan vətəndaşlarının təşkilatlanması və Koordinasiyası Üzrə Işçi Qrup”u yaradılması barədə qərar qəbul edilib.

Həmçinin Azərbaycandakı siyasi və ictimai durum, siyasi məhbus ailələrinin vəziyyəti, ölkədəki mövcud seçki qanunvericiliyi, qarşıdan gələn parlament seçkiləri, habelə 20 yanvar faciəsi və Xocalı qırğınının beynəlxalq səviyyədə daha yaxşı təbliğ edilməəsi məsələləri müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG