Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:43

UEFA prezidenti Michel Platini FİFA ilə 2 milyon dollarlıq yazılı müqaviləsi olmadığını bildirib.

Amma o bu vəsaitin qanuni və əsil işə görə verildiyini bildirib.

Platini oktyabrın 19-da“Le Monde” qəzetinə müsahibəsində deyib ki, bu köçürmə 1998-2002-ci illərdə görülən işə görə verilib.

İsveçrə prokurorluğunun qanunsuz hesab etdiyi bu vəsaitin böyük hissəsi 20111-ci ildə köçürülüb.

Həmçinin FİFA prezidenti Zepp Blatter ötən həftə bu göçürmənin “centilimen razılaşma” olduğunu deyib.

Qeyd edək ki, FİFA təşkilat ətrafındakı korrupsiya və rüşvət qalmaqalı ilə bağlı istintaqa görə Blatterlə Platininin fəaliyyətini oktyabrın 8-dən 90 günlük dondurub.

Onlar qərardan şikayət verəcəklərini deyirlər.

Bu qalmaqal Platininin FİFA prezidenti olmasını əngəlləyib.

Qeyd edək ki, Pltaini FİFA prezidentliyinə namizədlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG