Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

Aşura günü bu il oktaybrın 24-nə təsadüf edir.

Həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı.

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Lənkərandakı Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, yəni oktyabrın 23-də Tasua günündən başlayacaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG