Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

“Ötən cümə günü Suriya sərhəddi yaxınlığında vurulan pilotsuz aparat Rusiyanın istehsalıdır. Amma Moskva Ankaraya aparatın Rusiyaya məxsus olmadığını bildirib”.

Bunu oktyabrın 19-da Türkiyənin baş naziri Ahmet Davutoglu yerli televiziyaya müsahibəsində deyib.

O qeyd edib ki, bu aparat Suriya rejimi, kerd birləşmələri və ya başqalarına məxsus ola bilər.

Baş nazir qeyd edib ki, aparatın vurulması bir xəbərdarlıqdır və ümid edir ki, Rusiya Türkiyənin hava makınını pozduqdan sonra daha dəqiq mövqe tutacaq.

Qeyd edək ki, Suriyada əməliyyat keçirən Rusiya təyyarələri bu günlərdə Türkiyənin hava hüdudunu bir neçə dəfə pozub və rəsmi Ankara bununla bağlı Rusiya tərəfinə qəti etiraz bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG