Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

ABŞ Dövlət katibi John Kerry İsrail və Fələstin liderlərini İsrail və İordan çayının qərb sahilində zorakılığa son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.

Kerri oktyabrın 19-da Madriddə çəxəş edərkən bildirib ki, İsrail və Fələstin liderləri Əl Aksa məscidinin statusunu dəqiqləşdirməli və bu həftə gözlənilən danışıqlar ərəfəsində zorakılığı səngitmək üçün tədbirlər görməlidirlər.

Məlumatlara görə, İsrail son vaxtlar fələstinlilərin Əl- Aksa məscidinə girinişini məhdudlaşdırır və kompleksin başındakı ibadətgahı götürmək istəyir.

Amma İsrail ittihamı rədd edir və indiki status-kovo vəziyyətini dəyişmək fikrində olmadığını deyir.

Son günlər baş verən toqquşmalarda 8 israilli və 40-dan çox fələstinli öldürülüb.

Kerry İsrailin özünü müdafiə etmək haqqı olduğunu deyir.

O həftənin sonunda Berlində İsrailin baş naziri Menjamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG