Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Seçkidən sonra əfv ola bilər


Səadət Bənənyarlı.
Səadət Bənənyarlı.

-

«Parlament seçkilərindən sonra əfv gözlənilir».

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı modern.az saytına belə deyib.

O bildirib ki, seçki ərəfəsində əfv sərəncamının verilməsi real görünməsə də, seçkilər başa çatdıqdan sonra əfv olmalıdır:

«Bizim tərəfimizdən tərtib edilən siyahıda 27 nəfər məhbusun adı var. Onlar Tofiq Yaqublu, İlqar Məmmədov, Əli İnsanov, Leyla Yunus, Arif Yunus, Akif Muradverdiyev, İntiqam Əliyev və başqalarıdır».

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun digər üzvü, hüququ müdafiəçisi Novella Cəfəroğlu da əfv sərəncamı ilə bağlı hazırda xəbər gözlədiklərini deyib:

«Biz hazırladığımız siyahını Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim etmişik. Amma komissiya siyahını yenidən istədi, biz də yenidən təqdim etdik. Hər halda gözləyirik».

XS
SM
MD
LG