Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30

W.Churchill. Cəmiyyətin azad olub-olmadığını bildirən 7 şərt


Winston Churchill

Winston Churchill

- 28 avqust, 1944-cü ildə parlamentdə Winston Churchill'dən (U.Çörçill) soruşurlar:

"İtaliyada Mussolini diktaturasını əvəz edən yeni hökumətin demokratik olub-olmayacağını nədən biləcəksiniz?"

Çörçilin verdiyi cavab həmin vaxt "London Times" qəzetində "Azadlıq testi" adlıyla çap olunur.

Azad bir cəmiyyət üçün zəruri şərtlər nələrdir?

1. İfadə azadlığı, müxalif olmaq azadlığı və dövrün hakimiyyətini tənqid etmək azadlığı varmı?

2. Xalqın istəmədiyi bir hökuməti vəzifədən uzaqlaşdırmaq haqqı varmı və iradəsini gerçəkləşdirə biləcəyi konstitusion yolların təmin olunması mümkündürm?

3. İdarəetmənin gücündən, linç təhdidindən və hər hansı siyasi partiyaya bağlı bir quruluşun təhdidindən uzaq hüquq məhkəmələri varmı?

4. Bu məhkəmələr insan şüurundakı əxlaq və ədalətin sözün geniş mənasında əsas anlayışlarını açıq və yaxşı yazılmış qanunlarla tətbiq edirmi?

5. Həm kasıblar, həm zənginlər üçün, həm dövlət adamları, həm ayrı-ayrı fərdlər üçün hakim siyasətə qarşı tərəfsiz qalmaq mümkündürm?

6. Bir insanın haqları dövlət daxilində qorunur, açıqlanır və uca tutulurmu?

7. Ailəsini keçindirmək üçün hər gün çətinlik və əziyyətlə pul qazanan adi bir kəndlidə, yaxud fəhlədə Gestapo kimi nasist və faşist partiyaların birpartiyalı amansız polis təşkilatının bir gün qarşısına çıxaraq onu ədalətli və açıq məhkəmə olmadan götürüb əsarət və pis münasibətə məruz qoyacağı qorxusu varmı?

Mənbə

Günün bütün mövzuları

XS
SM
MD
LG