Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:21

İsveçrədə sağçılar qalib gəlir


İsveçrə-Almaniya sərhədi, arxiv fotosu

İsveçrə-Almaniya sərhədi, arxiv fotosu

-

İsveçrədə mühacirətə qarşı çıxan mühafizəkar partiya oktyabrın 18-də keçirilən parlament seçkilərində ilk dəfə olaraq ən çox səs qazanıb.

Populist İsveçrə Xalq Partiyası (SVP) aşağı palatadakı 200 yerin 65-ni qazanıb. Bu partiya mühacirətə, Avropa Birliyinə və İslama qarşı çıxır.

“Avropanı daha az cazibədar etməliyik. Siqnal verməliyik ki, onlara, hətta müharibə qaçqınlarına belə sığınacaq verə bilmərik,” SVP rəhbəri Toni Brunner Frans Pres-ə deyib.

Mərkəzçi-sağçı Liberal Partiyası da yaxşı nəticə göstərib. Beləliklə seçkinin nəticəsindən asılı olaraq İsveçrə hökuməti mərkəzçi solçu mövqedən mərkəzçi sağçıya çevriləcək.

Ölkənin ikinci böyük partiyası olan Sosialistlər 3 yeri itirib və parlamentin aşağı palatasında 43 yer əldə edib. Yaşıllar və Yaşıl Liberal Partiya da yerlərini itirib.

Səsverməyə seçicilərin 48 faizi gedib. İsveçrənin 8 milyonluq əhalisinin 25 faizi xaricilərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG