Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

-

Almaniya kansleri Angeal Merkel Türkiyənin Avropa Birliyinə qoşulması prosesinə dəstək təklif edir. Bu təklif Ankaranın qərbə üz tutan miqrant axınını əngəlləməsi əvəzində irəli sürülüb.

Merkel oktyabrın 18-də İstanbulda Türkiyə baş naziri Ahmet Davutoglu ilə birgə mətbuat konfransında danışıb, Türkiyəyə viza güzəştləri və maliyyə yardımı boyun olub. Əvəzində isə kansler Ankaranın Almaniyadan deportasiya olunmuş miqrantları yenidən qəbul edəcəyini gözləyir.

“Heç bir ölkə qaçqın yükünü təkbaşına çəkə bilməz,” Merkel deyib. Onun sözlərinə görə, bu yükü paylaşmaq gərəkir.

Bu il Almaniya əsasən Suriyadan olan yüz minlərlə qaçqını qəbul edib. Ümumilikdə ilin sonunadək 1 milyondan çox qaçqının gələcəyi gözlənir.

Davutoglu isə qaçqın axınını saxlamaq üçün Suriya daxilində “təhlükəsiz zona” yaradılmasına çağırıb. Bu təklifi Türkiyə bir müddətdir irəli sürüb, ancaq cüzi beynəlxalq reaksiya doğurub. Belə ki, bu halda hərbi əməliyyatlara ehtiyac yaranacaq.

Merkel qaçqın böhranını və Türkiyənin AB üzvlüyünü prezident Recep Tayyip Erdogan-la da müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG