Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01

-

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə yeni qızıl antik bəzək əşyaları daxil edilib. Bu əşyalar arxeoloji qazıntılar zamanı əldə olunub.

Azərtac yazır ki, söhbət 11 ədəd qızıl muncuq və spiral şəkilli bəzək əşyasından gedir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Fərhad Quliyevin məlumatına görə, bu əşyalar 2008-2015-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən aşkar olunub. Kurqan qəbirdən tapılan bu əşyaların eramızdan əvvəl VI minillikdən başlayaraq IV minilliyə qədər dövrləşməsi müəyyən edilib.

Bu qədim zinət əşyaları qadın skeletin üzərindən aşkar olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG